Mobil tətbiqimizi yüklə

Məxfilik

ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI

Şəxsi məlumat deyərkən müştərilərin Glob MMC-nin xidmətlərindən istifadə zamanı şirkətə təqdim etdiyi bütün məlumatlar nəzərdə tutulur.

ŞƏXSİ MƏLUMATLARIN QORUNMA PRİNSİPLƏRİ

ÜMUMİ PRİNSİPLƏR:

Glob MMC aşağıda qeyd edilən məqsədlərlə müştərinin şəxsi məlumatlarını istifadə edə və ya açıqlaya bilər:

  • Xidmət seçimlərinizi təyin etmək üçün
  • İnformasiya, təbliğat, məhsul və xidmətlərimiz və ya reklam materiallarını sizə göndərmək üçün
  • Glob MMC-nin maraqlarını qorumaq üçün
  • Ədalət mühakiməsi üçün
  • Sizin maraqlarınıza uyğun olduğunu düşündüyümüz Glob MMC xidmətləri və ya üçüncü tərəfin xüsusi təkliflərini təbliğ etmək üçün

Glob MMC qeydiyyat formasında tələb edilən şəxsi məlumatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tələblərinə və ehtiyaclarınıza uyğun daha yaxşı xidmət göstərmək məqsədi ilə toplayır.

TƏHLÜKƏSİZLİK PRİNSİPLƏRİ:

Glob MMC şəxsi məlumatların səhvən silinməsi, icazəsiz istifadəsi və ya açıqlanmaması üçün Şəxsi Məlumatların gizliliyi və təhlukəsizliyini qorumaq məqsədilə aşağıdakı addımları atır:

  • Müasir texnoloji tədbirlər: Şəxsi məlumatları qorumaq üçün şifrələmə və məlumat təhlukəsizliyi sistemlərindən istifadə edilir.
  • Məlumatlara məhdud giriş: Məlumatlara yalnız icazəli şəxslər daxil ola bilər.
  • Müntəzəm audit və yoxlamalar: Müştərilərin şəxsi məlumatlarının qorunması nəzarətdə saxlanılır və sistemin təhlukəsizliyi daim yoxlanılır.
  • Təhlukəsiz əlaqə kanalları: Məlumat mübadiləsi əsasən qorunan əlaqə kanalları vasitəsilə həyata keçirilir.

Müştəri Qeydiyyat Formasında tələb edilən məlumatlara verilən cavablara görə məsuliyyət daşıyır. Əğər Qeydiyyat formasında tələb edilən məlumatlara natamam və ya qeyri-dəqiq cavab verilərsə, bu, müştəri xidmətinin dayandırılması və ya tamamilə sonlandırılması ilə nəticələnə bilər.

MÜŞTƏRİ HÜQUQLARI:

  • Şəxsi məlumatlarını nə zaman və necə istifadə edildiyi barədə məlumat almaq hüququ
  • Toplanan şəxsi məlumatların düzgünlüyünü yoxlamaq və səhv olduqda düzəliş tələb etmək hüququ
  • Şəxsi məlumatların mùəyyən məqsədlər üçün istifadə edilməməsini tələb etmək hüququ

Glob MMC müştərilərin şəxsi məlumatlarının qorunmasına cavabdehdir və bunun üçün bütün lazımi tədbirləri görməyi öhdəsinə götürür.









Daxil ol

Zəng sifarişi

Şifrənin bərpası