İstifadəçi razılaşması
1.İstifadəçi Razılaşmasının predmeti
1.1. “Sendex Express” Şirkəti (bundan sonra – “İcraçı”) İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarından hazırkı İstifadəçi Razılaşmasının (bundan sonra – “Razılaşma”) şərtlərinə uyğun olaraq www.glob.az saytında qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxs (bundan sonra - “Müştəri”) üçün malların (bundan sonra mal və ya bağlama) çatdırılması üzrə xidmətləri (bundan sonra - “Xidmətlər”) həyata keçirir.
1.2. Müştərinin “Sendex Express” şirkətində qeydiyyatdan keçməsi pulsuz və könüllüdür. Qeydiyyat www.glob.az saytında həyata keçirilir. Xidmət göstərilməsi şərtləri açıqdır. Müştərinin saytda qeydiyyatdan keçməsi hazırkı Razılaşmanın və onun bütün əlavələrinin qəbul edilməsini bildirir.
1.3. Əgər Müştəri Razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə, İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmur.
1.4. İcraçı hazırkı Razılaşmaya dəyişikliklər etmək hüququnu özündə saxlayır ki, bununla əlaqədar olaraq Müştəri mütəmadi olaraq Razılaşmanın www.glob.az saytında yerləşdiriləcək dəyişikliklərini izləmək öhdəliyini götürür.
1.5. İcraçı çatdırılma Xidmətlərinə görə Müştəridən “Malın çatdırılması və xidmətlərin ödənilməsi” adlı 8-ci maddədə göstərilən haqqı alır.
2. Xidmətlərin təsviri
2.1. İcraçı Müştəriyə sonradan qablaşdırılması/qablaşmanın açılması və İcraçının anbarına (və ya onun səlahiyyətli nümayəndəsinin – bundan sonra İcraçının anbarı) göndərilməsi üçün Müştəri tərəfindən müstəqil ödənişi aparılmış malların alınması üçün şirkətin müxtəlif ölkələrdə yerləşən, anbar ünvanının Müştəriyə təqdim edilməsi üzrə xidmətlər göstərir. Hazırkı Razılaşmanın məqsədləri üçün: Mal – Müştərinin əldə etdiyidir, Azərbaycana göndərilməsi üçün bağlanmış olan mal – Bağlama.
2.2. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun.
2.3. Müştərinin İcraçının anbarında və ya Azərbaycanda kuryer xidmətinin bölməsində Bağlamanı alması anından etibarən İcraçı tərəfindən xidmətlər tam həcmdə göstərilmiş hesab edilir.
2.4. Xidmətlərin göstərilməsi üçün İcraçı Müştərinin razılığı olmadan poçt və kuryer xidməti kimi üçüncü şəxsləri cəlb etmək hüququna malikdir.
3. Sifarişin rəsmiləşdirilməsi
3.1.Müştəri əvvəlcədən malın keyfiyyətini, parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək sifarişi tamamlayır.
3.2. Müştəri göstərilən malların qiymətini malın satıcısına ödəmək öhdəliyini götürür.
3.3. Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı (Sendex Express-nin müvafiq ölkədə anbar ünvanı) və personal məlumatları tam və düzgün göstərməlidir. Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya personal məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda Sendex Express heç bir məsuliyyət daşımır.
3.4. İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.
3.5. İcraçı öhdəlik götürür ki, satıcının poçt xidmətinin çatdırdığı məhsulu öz anbarına qəbul edəcək ( anbarda saxlanılması qadağan olan məhsullar istisna ) , çəkəcək və qablaşdıracaq, sonra isə İcraçının Azərbaycandakı anbarına nəql edəcəkdir. Mal yalnız alanın imzasının və icraçının möhürü mövcud olduğu halda anbar tərəfindən qəbul edilmiş hesab olunur. Bağlamanın “Anbara çatdırılıb” statusu təvhil alanın imzası və icraçının möhürü mövcud olmadan düzgün kimi nəzərdən keçirilə bilməz.
3.6. İcraçı malı aldıqdan sonra 3 iş günü ərzində Müştərini malın İcraçının anbarına qəbul edilməsi haqqında müvafiq bildirişin Müştərinin www.glob.az saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsi yolu ilə bildirişlə məlumatlandırılmasına, eləcə də onu Müştərinin şəxsi səhifəsində əks etdirilməsinə borcludur. Bəyan edilməmiş bağlamanın İcraçının anbarında saxlanma müddəti 15 təqvim günü təşkil edir.
3.7. Müştəri əldə etdiyi malın poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasına görə məsuliyyət daşıyır ki, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.
3.8. İcraçı o halda Müştəriyə Xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir ki, mal poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasın, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.
3.9. Malın nəql edilməsi avia-daşıma yolu ilə həyata keçirilir. Nəqletmənin orta müddəti anbarın yerləşdiyi ölkəyə uyğun olaraq dəyişir. Adətən bu anbardan göndərilməsi anından etibarən 4-5 iş günü təşkil edir.
3.10. Nəqletmənin qiyməti haqqında məlumat malın Azərbaycan ərazisinə gəlib çatması ilə Müştərinin şəxsi səhifəsində əks olunur.
3.11. Malın İcraçının Azərbaycandakı anbarına çatdırılmasından sonra İcraçı Müştərini müvafiq bildirişin Müştərinin www.glob.az saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsilə malı almağın mümkünlüyü haqqında xəbərdar edir. Müştərinin malının anbarda saxlanması müddəti 15 təqvim günü təşkil edir. Saxlanmanın başlanğıcı malın İcraçının Azərbaycandakı anbarına daxil olduğu gün hesab edilir. Müştəri tərəfindən həmin malın alınmaması halında Azərbaycandakı anbara malın daxil olmasından 45 gün keçdikdən sonra İcraçı Müştəriyə əlavə bildiriş göndərmədən malı utilləşdirmək hüququna malikdir.
3.12. Bağlamanın üçüncü şəxsə verilməsinə yalnız o hallarda yol verilir ki, o,aşağıda sadalanan sənədlərdən birini təqdim edə bilsin: www.glob.az saytında müvafiq bölmədən etibar etdiyi şəxslərin məlumatlarını əvvəlcədən elavə etmiş olsun, qeydiyyatdan keçmiş bağlama alanın şəxsiyyətini təsdiq edən sənədin (pasport,sürücülük vəsiqəsi və ya qüvvədə olan Azərbaycan qanunvericiliyinə müvafiq olaraq digər sənədin) əslini, Müştəridən alınan – üçüncü şəxsin adına notarial qaydada verilmiş etibarnamə (üçüncü şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə).
3.13. Müştərinin bağlamanı lazımı vəziyyətdə alması, eləcə də İcraçıya iradlarının olmaması faktı Bağlamanın qaiməsindəki və ya elektron lövhədəki imza ilə təsdiq edilir.
4. Sifariş et xidmətinin şərtləri
4.1. "Sendex Express" MMC (bundan sonra “Daşıyıcı”) satıcı firma deyil və heç bir satış xidməti göstərmir. Şirkət sifarişçinin ödənişini birbaşa əməkdaşlıq etdiyi Türkiyə şirkətinin bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 5% bank xərci nəzərdə tutulub (Müştərinin ödədiyi məbləğin satıcı mağazanın hesabına köçürülməsinə qədərki bank xərcləri).
4.2. Qapıda ödəmə ilə verilən sifarişlər qəbul olunur.
4.3. Sifarişlər 2 formada verilir: Standard sifarişlər və Təcili sifarişlər.
4.4. Standard sifarişlər növbəli qaydada icra edilir. Sifarişin verilmə müddəti sifariş sayından asılı olaraq dəyişə bilir.
4.5. Təcili sifarişlər Standard sifariş növbəsindən çıxarılaraq, Təcili sifariş növbəsinə əlavə olunur və ən gec 1 saat ərzində tamamlanır. Sifarişin verilmə müddəti Təcili sifariş sayından asılı olaraq dəyişə bilir. Təcili sifariş, çatdırılma müddətinə aid deyildir.
4.5.1. Müştəri Toplu şəkildə çox sayda link göndərir və təcili sifariş seçimini edirsə, yalnız 1 bağlamasına təcili sifariş borcu yazılmaqdadır.
4.5.2. Təcili sifarişin ödənişi müştəri tərəfindən yalnız kassada (pos-terminal və onlayn) ödənilməlidir.
4.6. "Daşıyıcı” heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
4.7. "Daşıyıcı” satıcı firma tərəfindən malın onun anbarına çatdırılması müddətinə görə heç bir məsuliyyət daşımır.
4.8. "Daşıyıcı” sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s. dəyişikliklər).
4.9. "Daşıyıcı” sifarişlərin verilməsini növbəli sistemlə həyata keçirir. İstifadəçinin eyni saytdan verdiyi sifarişlər sayından asılı olmayaraq eyni anda (eyni səbətə əlavə olunaraq ) verilir. Lakin bəzi satıcı firmalar sifarişləri daşıma şirkətinə daha sürətlə çatdırmaq üçün eyni sifarişçinin bir neçə yükünü müxtəlif vaxtlarda və fərqli bağlamalarda göndərə bilir.
4.10. Müştərilərə sifariş vermədən öncə satıcı firmalar haqqında istifadə rəyləri ilə tanış olmaları (məsələn, www.sikayetvar.com tipli saytlardan) və yaşanacaq problemlər barədə əvvəlcədən məlumatlanmaları tövsiyə olunur. Satıcı firmanın etibarlılığına Daşıyıcı (Sendex Express) heç bir məsuliyyət daşımır.
4.10.1. Sifarişçinin linkini göndərdiyi saytla bağlı problem yaşandıqda "Daşıyıcı" həmin sayta ödəniş etdiyinə dair müştəriyə Bankdan çıxarış (Dekont) təqdim etmə öhdəliyini öz üzərinə götürür.
4.11. Endirim kuponları və ya kampaniyalarla bağlı istifadəçi link göndərərkən qeyd hissəsində məlumat verməlidir. Qeyd olmadığı təqdirdə, endirimlərin nəzərə alınmama ehtimalı ola bilər.
4.12. Müştəri ödəniş edərkən xarici ölkədaxili karqo ödənişini etmədiyi halda, bu məbləğ onun balansına mənfi olaraq yazılır və bağlamanın təhvili zamanı alınır.
4.13. İstifadəçi sifariş üçün link göndərən zaman məhsulla bağlı məlumatları müvafiq xanalara doğru şəkildə qeyd etməlidir. Sifariş icra edilərkən müştərinin müvafiq xanalara daxil etdiyi məlumatlar əsas kimi götürüləcək (Misalçün, rəng xanasına “qırmızı”, əlavə qeydlər bölməsində “yaşıl” yazılırsa, “qırmızı” rəng əsas götürüləcək).
4.14. Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) sifarişçiyə bu haqda məlumat verilir və onun ödədiyi məbləğ Türkiyə şirkəti tərəfindən geri qaytarılır.
4.15. Sifariş olunmuş məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 5% bank xərci geri ödənilmir.
4.16. Sifariş "Daşıyıcı” tərəfindən icra edildikdən sonra satıcı mağaza tərəfindən iptal olunarsa, anbara çatdırılmazsa, karqoya verilmə müddəti uzanarsa, bu zaman müştərinin həmin məhsula görə ödədiyi məbləğ eyni valyuta ilə geri qaytarılır. Bu halda yaranan məzənnə fərqinə görə "Daşıyıcı” məsuliyyət daşımır və bu fərqi müştəriyə ödəmir. Sifarişçidən bütün ödənişlər Türkiyə sifarişlərində Türk lirəsi ilə, Amerika sifarişlərində isə USD ilə qəbul edilir və eyni valyuta ilə geri qaytarılır. Digər valyuta və ya məzənnə fərqi ilə bağlı yaranan problemlər sifarişçinin bankı ilə dəqiqləşdirilməlidir.
4.17. Sifarişçinin nəzərinə çatdırılır ki, bəzi hallarda bir çox satıcı mağazada məhsulun rənginə və ya ölçüsünə görə qiymət fərqi yarana bilər. Belə sifarişlərin icrası zamanı arada yaranan qiymət fərqi böyük olmadıqda, sifariş "Daşıyıcı” tərəfindən icra edilir və həmin fərq istifadəçinin balansına mənfi olaraq yazılır. Ölçü və rəngə görə yaranan qiymət fərqi böyük olduqda "Daşıyıcı” bu barədə sifarişçini məlumatlandırır.
4.18. Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı sifarişçiyə SMS və ya zəng vasitəsi ilə məlumat verilir. Əgər sifarişçi ilə əlaqə yaradıla bilmirsə, sifariş həyata keçirilmir.
4.19. Sifarişləri səbətə topladıqdan sonra Toplam ödə funksiyası ilə ödənilmiş sifarişlər birlikdə verilir. Ayrı-ayrılıqda ödəniş olunmuş sifarişlər fərqli vaxtlarda sifariş verilə bilər.
4.20. Ödənişlərin karta geri qaytarılması 5-15 gün müddətində baş verir. Bəzi hallarda isə banklardan asılı olaraq, daha bir neçə gün gecikmə ola bilir.
4.21. Azərbaycan qanunvericiliyi ilə qadağan olunmuş məhsulların sifarişi qəbul olunmur.
4.22. “Daşıyıcı” tərəfindən mobil telefonların sifarişi qəbul edilmir və daşınması həyata keçirilmir. Sui-istifadə edib, telefon sifariş etmiş fiziki şəxslərin bağlamasının daşınması icra edilmir, həmin bağlamaya görə “Daşıyıcı” üzərinə heç bir məsuliyyət götürmür.
4.23. Satıcı mağaza tərəfindən “Daşıyıcı”nın anbarına gec göndərilmiş və ya göndərilməmiş, səhv müştəri kodu və ya ad-soyadla göndərilmiş sifarişlərin araşdırma müddəti satıcının geridönüşü də nəzərə alınmaqla, 7-30 gün davam edə bilər.
4.24.Yalnız 100 TRY-dən yuxarı Türkiyə daxili karqo məbləği olarsa sifariş ləğv edilir.
5. Müştərinin vəzifələri
5.1. Müştəri müstəqil şəkildə hazırkı Razılaşmanın mətni ilə tanış olmaq, Razılaşma və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyini götürür.
5.2. Müştərini İcraçını tələb edilən xidmətin yerinə yetirilməsi üçün zəruri olan bütün məlumatlarla vaxtında təmin edilməsi öhdəliyini götürür. Zəruri olan məlumatların çatışmaması halında İcraçı Müştəriyə Xidmətləri təqdim etməmək hüququnu özündə saxlayır.
5.3. Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. İcraçı Xidmətlərin göstərilməsi üçün ona təqdim edilən vəsaitlərin kifayətli olmaması halında Müştəriyə xidmət göstərmir.
5.4. Müştəri əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə məhsulun İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarına daxil olmasını müstəqil şəkildə www.glob.az şəxsi hesabında izləmək öhdəliyini götürür.
5.5. Müştəri təsdiq edir və zəmanət verir ki, Müştəriyə üçüncü şəxslərin, malın satıcısı və poçt xidmətləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq hərəkətləri nəticəsində dəymiş zərərlə əlaqədar olaraq hər hansı bir öhdəliklər və xərclər səbəbindən yaranmış mübahisələr üzrə İcraçını cavabdeh və ya həmcavabdeh kimi cəlb etməyəcəkdir.
5.6. Bağlamanın alınması anında bağlamanın qaiməsində imza etmək və ya elektron lövhədə imzasını atmaq.
5.7. Sorğu əsasında müştərinin şəxsiyyətini təsdiq edən sənədləri, eləcə də bu və ya digər malı internetmağaza vasitəsi ilə əldə etməyi təsdiq edən sənədləri təqdim etmək.
5.8. Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodunu, yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları www.glob.az saytında qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini götürür.
6. İcraçının vəzifələri
6.1. İcraçı Müştəriyə www.glob.az saytında Xidmətlərin təsvirinə, eləcə də hazırkı Razılaşmanın 1.1 maddəsində göstərilən tərifinə müvafiq olan Xidmətləri təqdim etmək öhdəliyini götürür, o şərtlə ki, Müştərinin sorğusu hazırkı müqavilə və qüvvədə olan Sendex Express-yə məxsus anbarların yerləşdiyi müvafiq ölkələrin və Azərbaycan qanunvericiliklərinin nəzərdə tutduqları qaydalara, tələblərə və məhdudiyyətlərlə ziddiyyət təşkil etməmiş olsun.
6.2. Müştəri haqqında məlumatların məxfiliyini qorumaq. Müştəri haqqında məlumatlar üçüncü şəxslərə yalnız Azərbaycan qanunvericiliyində nəzərdə tutulan hallarda təqdim edilə bilər.
6.3. Müştəriyə onun sifarişinin statusu və yerləşdiyi yer haqqında məlumat əldə etmək imkanı vermək.
7. Gömrük rəsmiləşdirməsi
7.1.Müştəri tərəfindən sifariş etdiyi məhsulun www.glob.az veb saytında bəyan edilməsi (göndərənin adının, malın adının və onun invoive sənədinin təqdim edilməsi) mütləqdir. Müştəri gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır
7.2. Azərbaycan ərazisinə çatdırılmış malın gömrük rəsmiləşdirilməsi prosedurasına görə məsuliyyəti müştəri daşıyır.
6.3. Malın gömrük rəsmiləşdirilməsinə qədər Xidmət haqqının ödənilməsi mütləq şərtdir.
7.4. Səlahiyyətli orqanların Müştəri tərəfindən hazırkı Razılaşmanın 7.1 maddəsində nəzərdə tutulmuş tələblərini yerinə yetirməmək və ya qismən yerinə yetirməsinə görə (misal üçün, bağlamanın natamam və ya qeyri-dəqiq bəyan edilməsi, daşınması qadağan olan malların mövcud olması) heç bir məsuliyyət daşımır.
7.5. Müştəri tərəfindən Azərbaycan ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mal Azərbaycan Dövlət Gömrük orqanları tərəfindən müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər.
8. Daşıma haqqı, daşınma şərtləri və ödəniş
8.1. Müştərinin yüklərinin İcraçının müxtəlif ölkələrdəki anbarından Azərbaycan Respublikasına və regionlara (müvafiq regiona çatdırılma mümkün olduğu halda) çatdırılma haqqı www.glob.az saytında yerləşdirilib.
8.2. Yükün çatdırılma haqqı Müştərinin şəxsi kabineti vasitəsilə onlayn və ya ofisdə pos-terminal vasitəsi ilə ödənilə bilər.
8.3. İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) dərc etdiyi TACT Rules (Yük Hava Daşıma Təlimatı) qaydalarına əsasən hansı çox olduğundan asılı olaraq daşıma haqqının hesablanması üçün əsas kimi yükün həcm ölçüləri və yaxud faktiki çəkisi götürülür.
8.4. Müştəri, İcraçının internet səhifəsində (www.glob.az internet səhifəsində “Daşınılması qadağandır” ) qeyd olunan daşınması qadağan edilmiş əşyaların siyahısı ilə tanış olmalıdır .
8.5. Müştərinin sifarişləri, satıcı (və ya satıcılar) tərəfindən ayrı ayrı bağlamalarda (fərqli track/izləmə/ nömrələrlə) fərqli və ya eyni tarixdə anbara göndərilərsə, bağlamalar orijinal track/izləmə/ nömrələri ilə, ayrı ayrılıqda daşınmaya qəbul olunur və emal edilir.
8.6. Müştəri hazırkı şərtləri qəbul etməknən www.glob.az saytında dərc olunmuş aşağıdakı hesablama vasitələri (online kalkulyatorlar) ilə tanış olduğunu və tam anladığını (riyazi ölçmə, parametrlərin konvertasiyası, həcmin ölçülməsi və s) təsdiq edir: • Qiymət və çatdırılmanın hesablanması kalkulyatoru • Çəki və həcm formulası • Ölçü konvertoru • Ölçülər cədvəli • Qabarit çəki hesablamalar
8.7. Hazırkı şərtlərin 8.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə və hazırkı şərtlərlə qeydiyyat zamanı tanış olan və onları qəbul edən Müştərinin, sonradan daşıma haqqı, şərtləri, ödəniş, ödənişin kart hesabına geri qaytarılması, nağdlaşdırma istəyi və s., digər sözlərlə -yükün ona çatdırılması ilə əlaqədar İcraçının hazırkı şərtlərə tam riayət etdiyi təqdirdə Müştərinin ona qarşı olan hər hansı bir tələbi əsassız sayılır. Misal üçün - daşıma haqqının həcm və yaxud faktiki çəki üzrə hesablanması qaydası ilə tanış olmamış, Müştərinin sonradan yaranan tələbi əsassızdır və qəbul edilmir.
8.8. İcraçı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan dərhal sonra İcraçının rəsmi veb səhifəsində tanış olunması üçün dərc olunur.
8.9. Müştəri hazırkı şərtləri qəbul edən zaman tam olaraq anlayır və qəbul edirki, yükün daşımasından onun imtina tələbi İcraçı tərəfindən obyektiv səbəblərdən icra edilmədiyi halda, Müştərinin İcraçıya heç bir iddiası və yaxud tələbi qəbul edilmir və əsassızdır.
8.10. Müştəri tərəfindən xidmətin ödənişi Azərbaycan Respublikasında şirkətin bank hesabının olduğu bankın (Kapital Bank ASC) ödəniş gününə olan məzənnəsi ilə İcraçı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (Avropa ölkələrindən daşınma-AVRO, digər ölkələr-ABŞ dolları) Azərbaycan Respublikası manatı (AZN) ilə aparılır.
8.11. Daşınma haqqı balansına Onlayn şəkildə artırılan məbləğ geri qaytarılmır. Sifarişçi xidmətdən istifadə edərək həmin vəsaitdən istifadə etmək hüququna sahibdir. Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda 14.3. maddəsində qeyd olunduğu kimi tənzimlənir.
8.12. Müştəri Yerli anbar statusunda olan bütün bağlamalarının ödənişini tam həcmdə ödədikdən sonra bağlamalarını hissə-hissə təhvil ala bilər. Təhvil alınan bağlama istisna, Yerli anbar statusunda olan bağlamaların anbarda saxlanması "İstifadəçi qaydaları"-nın 9-cu maddəsinin 9.1, 9.2, 9.3 bəndləri ilə tənzimlənir.
9. Yükün saxlanması və təhvil verilməsi ilə bağlı şərtlər.
9.1. İcraçının yerli anbarına daxil olan yükləri 15 (on beş) gün ərzində Müştəri tərəfindən təhvil alındığı və ya xarici anbara daxil olan yüklər 15 (on beş) gün ərzində gömrüyə bəyan edildiyi təqdirdə həmin yüklərə anbar saxlama haqqı tətbiq etmir.
9.2. Hazırkı şərtlərin 9.1-ci maddəsində nəzərdə tutulmuş müddət Müştəri tərəfindən ötürüldüyü təqdirdə həmin yük təhvil alınan zaman (çəkidən asılı olmayaraq) hər bir bağlama üçün hər əlavə gün üçün 0.50 AZN miqdarında saxlama haqqı tutulur.
9.3. Müştərinin onun adına Bakı ofisinə daxil olmuş bağlamanın təhvil alınmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (yükün anbara daxil olduğu gündən) 45 (qırx beş) gün müəyyən edilir. 45 (qırx beş) gün sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
9.4. Müştərinin onun adına xarici anbara daxil olmuş bağlamanın bəyannaməsinin doldurulmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 45 (qırx beş) gün müəyyən edilir.45 (qırx beş) gün sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
9.4.1. Müştərinin onun adına xarici anbarına daxil olmuş bağlamanın anbarda ödənişsiz saxlanılmasının son həddi 15 (on beş) gün müəyyən edilir. Nəzərdə tutulmuş müddət Müştəri tərəfindən ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 0.50 AZN miqdarında saxlama haqqı hesablanır.
9.5. Müştəri tərəfindən hər hansı səbəbdən yükün təhvil alınmasından imtina, yalnız, onun, şirkətin rəsmi veb-səhifəsində yaratdığı şəxsi kabinet üzərindən (e-mail) daxil olan cavabdan sonra qəbul edilir.
9.7. Hazırkı şərtlərin 9.3-cü maddəsində nəzərdə tutulmuş müddət ötdükdə və Müştəri tərəfindən onun adına daxil olan yük qəbul edilmədikdə və ya həmin yükün aqibəti barədə heç bir rəsmi (şəxsi kabinet email vasitəsilə) göstəriş verilmədiyi və yaxud Müştəri tərəfindən yükdən rəsmən imtina edildiyi halda (şəxsi kabinet email vasitəsilə), həmin yükün məhv edilməsi və yaxud satışa çıxarılması barədə qərar İcraçının mülahizəsi əsasında həll edilir.
9.8. Müştərinin adına daxil olan yükün təhvili onun eyniləşdirilməsini mümkün edən sənəd əsasında həyata keçirilir. Müştəri şəxsən onun adına daxil olan yükü təhvil ala bilmədiyi təqdirdə, yük Müştərinin onu təhvil alınmasına dair verdiyi və etibarnamədə göstərilən şəxsə təhvil verilə bilər.
9.9. Müştəri bağlamanı təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxlamalı və yalnız buna əmin olduqdan sonra ödəniş edib bağlamanı təhvil almalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı zədələndiyi haqqında iddia qəbul edilmir.
9.10. Müştəri anlayır və qəbul edirki İcraçı beynəlxalq daşıma qaydalarına əsasən onun müvafiq ölkədə yerləşən anbarına Müştərinin daxil olan yükün qablaşdırmasını, daşınma məqsədilə, yükü zədələməmək şərtilə, yenidən qablaşdırmaq hüququna malikdir - misalcun iri qabaritli qablamada olan kiçik ölçülü yükü ona uyğun olan kiçik qablamaya yerləşdirir.
10. Baxışın keçirilməsi hüququ
10.1. Müştəri anlayır və qəbul edirki, İcraçının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirtməsi hüququ vardır.
11. Yüklərin qorunmasına görə məsuliyyət
11.1. İcraçının, Müştəri tərəfindən internet üzərindən alınan və İcraçıya daşınma üçün verilən, yükün qorunmasına dair məsuliyyəti həmin yükün İcraçının müvafiq ölkədə yerləşən anbarına daxil olduğu andan başlayır və həmin yükün Müştəriyə təhvil verilən anadək davam edir.
11.2. İcraçı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə) zədələnmiş və yaxud Müştərinin internet üzərindən sifariş etdiyi yükdən fərqli yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır.
12. Yükün siğortalanması, zədələnməsi və iddianın verilməsi.
12.1. Daşıma üçün qəbul edilən yüklər sığortalanmır.
12.2. Bağlama İcraçının müvafiq ölkədə yerləşən anbarlardan hansısa birinə qəbul edilib, lakin, nəzərdə tutulmuş reyslə gəlmədiyi təqdirdə (bağlama itib yaxud onun barədə heç bir məlumat yoxdur), həmin bağlamanın İcraçı tərəfindən axtarışına 30 (otuz) iş günü vaxt ayrılır. Bağlamanın bu müddət ərzində tapılmadığı təqdirdə Müştəriyə kompensasiya ödənilir. Kompensasiya o şərtlə ödənilir ki, Müştəri yükün ona məxsus olduğunu və onun müvafiq qiymətə internet üzərindən aldığını sübut edən bütün məlumatları təqdim etsin. Bura aiddir: • İnternet mağazanın təqdim etdiyi order, invoys (burada yükün/əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) Bank hesabından çıxarış ( ödənişin təsdiqini sübut edən bildiriş ) İcraçı bağlamanın onun müvafiq ölkədə yerləşən anbarına qəbul edilmədiyini, Müştəri isə kuryer şirkətlərinin saytına əsasən bu track nömrəli bağlamanın məhz bu ünvana çatdırıldığını israr edirsə, bu halda Müştəri kuryer şirkətinin sözügedən bağlamanın İcraçıya təhvil verdiyini sübut edən sənəd təqdim etməlidir. Yalnız təqdim olunan bu sənəd əsasında yükün həqiqətən İcraçıya təhvil verildiyi sübut olunduqdan sonra (qəbul edən şəxsin imzası əsasında), Müştəriyə kompensasiya verilir. Bunun üçün Müştəri qeyd olunan sənədləri təqdim etməlidir: • Mağazanın təqdim etdiyi order, invoys (burada əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) • Bank hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş) • Bağlamanın İcraçının anbarına qəbul edildiyini sübut edən möhürlü (Türkçə: Kaşe) sənəd.
12.3 Müştəri yükü İcraçının anbarında təhvil alarkən onu həmin ərazini tərk etmədən yoxlamalı və hər hansı bir zədə və ya çatışmamazlıq olduğu təqdirdə dərhal yerindəcə bu haqda İcraçını məlumatlandırmalıdır. Ofisi/anbarı tərk edəndən sonra yükün tərkibində hər hansı bir əşyanın çatışmadığı və ya zədələndiyi iddiası qəbul edilmir.
12.4 “İcraçı” xarici anbarlarında bağlamaları təhvil alarkən üzərində qırılabilən əşya olduğuna dair etiket (label) olan bağlamaların daxilindəki məhsulların zədələnib-zədələnmədiyini yoxlayır. Üzərində qırılabilən əşya olduğuna dair etiket (label) olmayan bağlamaların tərkibindəki məhsulların qırılması, əzilməsi, zədələnməsi kimi hallarda “İcraçı” heç bir məsuliyyət daşımır.
13. Fors Major
13.1. Tərəflər fors-major səbələrinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə “forsmajor” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.
13.2. Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətcə təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur.
13.3. Fors major hadisələri baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır.
13.4. Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors major səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks ilə məlumatlandırmalıdır.
13.5. Tərəflər fors major hadisəsi baş verdiyi halda hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır.
14. Digər hallar
14.1. Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir.
14.2. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur.
14.3. Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər.
14.4. Kampaniya müddətinin başlama və bitmə tarixi şirkət tərəfindən tənzimlənir.