Mobil tətbiqimizi yüklə

Türkiyədən Azərbaycana ayaqqabı sifarişi

Türkiyədən Azərbaycana bir çox məhsul sifariş edilir. Bunun başlıca səbəbi isə məhsulların ucuz və keyfiyyətli olmasıdır. Ayaqqabı da ən çox sifariş edilən məhsullardan biridir. Həm xanımlar, həm də bəylər istənilən vaxt və müxtəlif tərzdə ayaqqabıları Türkiyədən rahatlıqla sifariş edə bilirlər.

          Ayaqqabı ayağı xarici təsirlərdən qoruyan geyim növüdür. Həmçinin o geyim tərzini tamamlayan vasitədir. İnsanlar ayaqqabı alarkən bir çox xüsusiyyətlərə fikir verirlər. Keyfiyyət bunlardan biridir. Bəs hansı ayaqqabıları keyfiyyətli adlandırmaq olar? Təbii dəridən hazırlanmağı və ayaqların isti aylarda rahat nəfəs ala bilməyi, payız və qış aylarında isə soyuğa qarşı dözümlü olmağı keyfiyyətin başlıca parametrləri kimi qəbul olunub. Digər bir xüsusiyyət isə ayaqqabının dəbə uyğun olmağıdır. Dəb dediyimiz zaman isə  “Adidas”, “Nike”, “Puma”, “Zara”  və bir çox məşhur brendlərin ayaqqabıları başa ağlımıza gəlir. Bəs bunların hər birini müxtəlif yox, yalnız bir ayaqqabıda tapmaq mümkündür?

 

Həm ucuz, həm də keyfiyyətli?

Məhz Türkiyədən həm ucuz və keyfiyyətli, həm də dəbə uyğun ayaqqabıları sifariş etmək mümkündür. Bu artıq çox əlçatandır. Bunun üçün Türkiyənin məşhur onlayn alış-veriş saytlarından qeydiyyatdan keçmək və bəyəndiyiniz ayaqqabıları seçib, sifariş vermək kifayət edir. Minlərlə ayaqqabı mağazasını özündə cəmləşdirən “Trendyol” bu sahədə Türkiyənin ən məşhur onlayn satış platformasıdır. Burada siz “Adidas”, “Puma”, “Nike”, “New balance”, “Zara” və s. kimi xarici brendlərin, həmçinin “Kiğılı”,  “Derimod”, “Hotiç” və başqa bir çox yerli brendlərin ayaqqabılarını karqo vasitəsilə əldə edə bilərsiniz. Arzu etdiyiniz ayaqqabını həm mağazaların rəsmi hesablarından, həm də əməkdaşı olduqları “Trendyol” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

 

Siz alın, Glob.az çatdırsın!

Bəyəndiyiniz ayaqqabını seçin, Glob.az sizin üçün gətirsin. Bunun üçün Glob.az-dan qeydiyyatdan keçmək və məhsulu satın almaq kifayət edir. Ən sərfəli qiymətlərlə və 3 iş günü ərzində sifarişlərinizi istənilən ünvana çatdırılma ilə əldə edə bilərsiniz. Siz də Glob.az karqo xidmətlərindən yararlanın və dörd fəsil gözəl, dəbdəbəli ayaqqabılarınızla göz qamaşdırın!

Əgər siz də bəyəndiyiniz ayaqqabıları Türkiyənin istənilən onlayn alış-veriş sifariş etmək istəyirsinizsə, elə indi Glob.az saytından qeydiyyatdan keçərək, sərfəli,güvənli və sürətli karqo xidmətimizdən yararlana bilərsiniz.

OXŞAR XƏBƏRLƏR









Daxil ol

Zəng sifarişi

Şifrənin bərpası