Mobil tətbiqimizi yüklə

Türkiyədən paltar sifarişi

Pandemiya zamanı bütün dünyada olduğu kimi Azərbaycanda da onlayn alış-verişə olan tələbat artmağa başladı. Bunun sayəsində insanlar daha çox onlayn alış-veriş etməyə başladılar. İstər Türkiyədən, istərsə də Amerika və ya Çindən olan məhsulları insanlar onlayn alış-veriş saytlarından sifariş edərək, həm uyğun qiymətə əldə etməyə, həm də daha keyfiyyətli məhsullara sahib olmağa başladılar.

 Dünyanın bir çox onlayn alış-veriş mağazalarından elektron əşyaları, məktəb ləvazimatlarını, eləcə də paltar və aksesuarlarını sifariş etmək mümkündür. ABŞ, Çin və Türkiyənin onlayn alış-veriş mağazalarından hər gün ölkəmizə yüzlərlə məhsul sifariş olunur. Özəlliklə paltar üçün müraciət edilən ilk ölkə Türkiyədir.

   

Bəs insanlar ilk nə zaman paltardan istifadə etməyə başlayıb?

Mədəniyyətin simvollarından biri olan paltar alimlərin hesablamalarına görə eramızdan qabaq təqribən 3 milyon il əvvəl istifadə olunmağa başlayıb. Arxeoloqlar hesab edir ki, insanlar geyim vasitəsi olaraq ilk vaxtlar ağac yarpaqlarından və ya ovladıqları heyvanların dərilərindən istifadə ediblər. Zaman keçdikcə və insanlar yeni mədəniyyətlər kəşf etməyə başladıqca geyim tərzlərini də dəyişməyə və inkişaf etdirməyə başladılar.

Avropada toxuculuq sənayesinin mexanikləşməsi bir çox çeşidlərin yaranmağına səbəb oldu. “Qərb üslubu” deyə adlandırılan bu yeni üslub zamanla bütün dünyada məşhurlaşmağa başladı. 20-ci əsrin əvvəllərində mavi cins və idman geyimləri çox rəğbət görməyə başladı. Qərb geyim üslubunda xüsusilə cins paltarlar həm qadınlar, həm də kişilər tərəfindən istifadə olunur. Cinsin də bir neçə növləri var. Çəkmə cins, boyfriend cinslərə qadınlar üstünlük verirsə, kişilər də düz cins və ya manjetli cinslərə üstünlük verir. Unisex adlanan geyimləri isə həm qadınlar, həm də kişilər geyinə bilirlər.

         Ötən əsrin əvvəllərindən etibarən müxtəlif geyim tərzləri yaranmağa başladı. İlk öncə Avropada məşhurlaşan yeni geyimlər daha sonra dünyanın hər yerində rəğbət görməyə başladı.

Retro stil- insanların üstünlük verdiyi tərzlərdən biridir. Bu stildə ötən əsrin 60-cı illərindən bu yana dəb olan geyimlər yenidən istifadə olunur.

Sport stil- insanların həm idman oyunlarında, həm də gündəlik həyatlarında rahat ola biləcəkləri idman geyimləridir.

Bohemian stil- gündəlik həyatda ən çox istifadə olunan tərzlərdən biridir. Bu tərzdə insanlar zövqlərinə uyğun geyimləri qarışdırıb geyinə bilərlər. Bundan başqa vintaj, avanqard, hippi, elektro, qlamur, klassik kimi geyim stillərinin də adlarını çəkmək olar.

Bir çox mədəniyyətlərdə geyimlər qadın və kişi geyimləri olaraq iki yerə ayrılır. Rəng, parça,üslubuna görə qadın paltarları kişi geyimlərindən seçilir. Donlar, ətəklər və hündürdaban ayaqqabılar qadınların üstünlük verdiyi geyimlərdir. Bunlar da öz daxilində fərqli və müxtəlif dizaynlara ayrılır. Kişilər isə daha çox kostyum, qalstuk, klassik ayaqqabı və yaxud idman geyimlərindən istifadə edirlər.

Fəsillər havalara öz təsirini göstərdiyi kimi, bu təsir paltarlarda da öz əksini tapır. Yaz və yay aylarında sərin, rahat paltarlara olan tələbat, payız-qış aylarında isti, qalın paltarlarla əvəz olunur.

Avropada olduğu kimi Türkiyədə də keyfiyyətli və dəbli geyimlərin istehsalı geniş yayılıb. Məşhur xarici brendlərlə rəqabət apara biləcək “Kiğılı”, “Flo”, “Kinetix” və bir çox türk markası başqa ölkələrə ixrac olunur. “Trendyol” onlayn alış-veriş mağazası olaraq Türkiyənin və dünyanın məşhur markalarını sizə təqdim edir.

 

Sərfəli və Sürətli karqo - Glob.az!

Türkiyədən Azərbaycana onlayn alış-veriş saytlarından istənilən məhsulların (qadağan olunmuş məhsullar xaric) 3-5 iş günü ərzində əlinizdə olmasını istəyirsinizsə, elə indi sərfəli, sürətli və etibarlı karqo xidmətindən yararlanmaq üçün Glob.az saytından qeydiyyatdan keçərək sifariş edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR









Daxil ol

Zəng sifarişi

Şifrənin bərpası