Sağlam qalmaq və günə yüksək əhvali-ruhiyyə ilə başlamaq üçün idmanla məşğul olmaq lazımdır. Hər hansı idman növü ilə məşğul olmasaq belə, gündə ən az 5 dəqiqəlik idman hərəkətlərini etmək gümrah olmağımızı təmin edəcəkdir. İdmanı həyatımızın bir parçasına çevirmək sağlam bədənə və ruha sahib olmaq deməkdir. Çünki idman bədənimizin həm formada, həm də sağlam qalmasına kömək edir. Sağlam bədən isə öz növbəsində ruhumuzun gənc qalmasına şərait yaradır.
Qədim Yunan və Roma imperatorluqlarında idman oyunları təşkil olunurdu. Bu gün də bu ənənə davam etməkdədir. Hətta musiqi kimi idmanın da insanlığa sülh gətirdiyinə inanılır. Məsələn, II Dünya müharibəsində futbol oyunlarının keçirilməsi səbəbindən qısa müddət də olsa atəşkəs elan olunmuşdur.
Bəs düzgün idman geyimini necə seçməliyik?
İdmanı, idman geyimləri və alətləri olmadan təsəvvür etmək qeyri-mümkündür. İdman geyimlərinin çoxfunksiyalı və rahat olması vacib şərtdir. Bu səbəbdən də, idman geyimi seçərkən görünüşdən çox, rahatlığa önəm verilməlidir. İdman geyimləri az tərlədən və parçalanmağa qarşı davamlı olmalıdır. Belə geyimlər üçün ən yaxşı material sintetikadır. Çünki sintetik geyim qırışmır, suyu özünə çəkərək bədənin quruluğunu təmin edir. İdman geyimləri üçün ən dəbli rənglər isə qara, ağ, mavi və qırmızıdır. Araşdırmalar da onu göstərir ki, bu rənglər motivasiyaverici özəllik daşımaqdadır. İdman geyimlərinin çeşidləri çox olsa da, önəmli olan düzgün seçim etməkdir.
İdman geyimlərini haradan əldə etmək olar?
Türkiyənin məşhur alış-veriş saytları idmanın hər növünə uyğun geyimləri idman həvəskarlarına təqdim edir. Bu onlayn platformaların “Spor & Outdoor” bölməsində dünyaca məşhur – Adidas, Nike, Puma, Hummel, New Balance, Columbia kimi markalarının idman geyimlərini sifariş edə bilərsiniz. Arzu etdiyiniz idman geyimlərini Trendyol, Hepsiburada və s. kimi Türkiyənin onlayn alış-veriş platformalarına nəzər yetirərək tapa bilərsiniz.
Glob.az – sürətdə və etibarda birinci karqo!
Türkiyənin məşhur onlayn alış-veriş platformalarından idman geyimlərini daha sürətli və daha sərfəli şəkildə kim əldə etmək istəməz ki?! Siz də vaxtınıza və büdcənizə qənaət etmək istəyirsinizsə, seçiminiz Glob.az-dan olsun! 0.70 USD-dən başlayan tariflərimiz və həftədə 4 dəfə Türkiyədən ölkəmizə olan reyslərimiz sayəsində Türkiyədən etdiyiniz alış-verişlərdən həzz alacaqsınız.
Elə indi vaxt itirmədən Glob.az saytından qeydiyyatdan keçməyə və ya mobil tətbiqindən istifadə edərək sifarişlərinizi həyata keçirməyə tələsin.
Xoş alış-verişlər!
22.08.2022
25.08.2022