Türkiyədən uşaq geyimlərinin sifarişi

Övlad sahibi olan valideynlər bütün mövzularda olduğu kimi geyim mövzusunda da özlərindən çox uşaqlarını düşünürlər. Valideynlər geyim seçərkən paltarın rahatlığına, materialına və keyfiyyətinə üstünlük verirlər. Türkiyənin geyim sahəsində inkişaf etmiş ölkələrdən olması, məhsulların keyfiyyətli olması, qiymətlərin çox münasib olması kimi  amillər insanların həm özləri üçün, həm də övladları üçün Türkiyədən onlayn alış-veriş etməsinə  səbəb yaradır.

 

Uşaq paltarı seçərkən diqqət yetirilməsi mühüm olan amillər

 

Uşaq geyimi seçərkən diqqət edilməli olan nüanslar geyimin materialı, rahatlığı,  keyfiyyəti, davamlılığı və təhlükəsizliyidir.

Körpələrin dərisi çox həssadır. Geyimin materialı hava keçirən olmalıdır. Keyfiyyətsiz geyimlər mütləq ki, dəridə qaşıntıya və allergiyaya səbəb olacaqdır. Buna görə də uşaq geyimlərinin istehsalı üçün təbii parçalardan istifadə edilməlidir. Məsələn; kətan, pambıq, yun, ipək və s. kimi  təbii materiallar

Pambıq yeni doğulmuş uşaqlar üçün təhlükəsiz meterialdır. Kətan material bir qayda olaraq, yay geyimləri hazırlamaq üçün istifadə olunur. İpək material parlaq və davamlıdır. Yun material isə payız və qışda zəruridir. Körpələrin dərisi qurumur və tərləmir.

 

Uşaq geyimlərində ayaqqabı seçimi

 

Ayaqqabı seçimi uşaqlar üçün çox önəmli nüanslardan biridir. Ayaqqabının rahatlığı uşaqların ayaqlarının inkişafında olduqca vacibdir. Ayaqqabı seçərkən ortopedik olmasına xüsusi diqqət yetirilməlidir. Səhv seçilmiş ayaqqabı uşaqların rahat yeriməsinə ciddi şəkildə maneə ola bilər.

 

Uşaq geyimlərini hardan əldən etmək olar?

 

Türkiyənin onlayn alış-veriş saytlarından “Trendyol”, “Ebebek”, “Civil”, "Hepsiburada”, “LC Waikiki”, “Bershka”, “Soo be” kimi mağazalara nəzər yetirə və istəyinizə uyğun uşaq geyimləri sifariş  edə bilərsiniz.

Trendyol Türkiyənin sürətlə inkişaf edən və nəhəng onlayn alış-veriş saytlarından biridir. Bütün dünyada tanınan müxtəlif geyim markalarının məhsullarını satır. Bu platformadakı məhsulların 73%-i Türkiyədə istehsal olunur.  

Hepsiburada Türkiyənin digər məşhur onlayn alış-veriş platformalarındandır. Saytın 35 kateqoriyasında 20 milyondan çox məhsul çeşidi mövcuddur. Bu səbəbdən, sayt Türkiyə ilə yanaşı ölkəmizdə də kifayət qədər məşhurdur.

LC Waikiki 47700 işçisi və 47 ölkədə 1004 mağazası olan İstanbul mərkəzli mağazalar şəbəkəsidir. 1985-ci  ildə Fransada DDKA şirkəti tərəfindən təsis edilmişdir.

Bershka 1998-ci ilin aprelində qurulmuş və gənclərə yönəlmiş “fast-fashion” konsepsiyası olaraq yaradılmışdır. Qurulduğu ildən gözoxşayan üslubu ilə hərkəsin marağını cəlb etmişdir. 

 

Glob.az – sürətdə və etibarda birinci karqo

 

Glob.az karqo şirkəti olaraq həmvətənlərimizin vaxtına və büdcəsinə qənaət etməsinə təmin etmək naminə Türkiyədən edilən sifarişləri sərfəli və sürətli şəkildə çatdırırıq.

Siz də Türkiyədən edəcəyiniz sifarişləri etibarlı və qısa müddətdə əldə etmək istəyirsinizsə, sifarişlərinizin çatdırılmasını bizə etibar edin! Elə isə indi Glob.az saytından qeydiyyatdan keçməyə və Türkiyədən etdiyiniz onlayn alış-verişdən həzz almağa çalışın.

 

OXŞAR XƏBƏRLƏR









Daxil ol

Zəng sifarişi

Şifrənin bərpası