"Mənim üçün Sifariş Et" xidməti.
Həftədə 6 dəfə reys
Türkiyə anbarında yoxlama xidməti
Azərbaycandan İadə xidməti
Qapıda ödəmə xidməti
Onlayn kuryer xidməti.
Minimal çatdırılma tarifləri $0.40 dən başlayan qiymətlər.
Sürətli çatdırılma xidməti.
Bir çox təhvil məntəqələrimiz
4 Filial
Operativ müştəri xidmətləri.
Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Glob.az saytından onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər.
Qeyd: təhvil məntəqələrini seçən müştərilər, bağlamasını təhvil almaları üçün onlayn şəkildə daşınma haqqını ödəməlidirlər
Daşınması qadağan olan məhsullar:
Mobil telefonlar.
Maqnit tərkibli məhsullar.
Qida məhsulları. ( Qablaşdırılması düzgün olmadıqda )
Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )
Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
Canlı heyvanlar.
Bitki və toxumlar.
Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.
Pul əskinasları, sikkələr.
Akkumulyatorlar.
Dini kitablar (Qurani Kərim istisna olmaqla).
Hover Board skuterlər.
Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.
Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
Türkiyədən litium batareyalar və batareyalara sahib texnikalar.
Türkiyədən sənət əsərləri, müxtəlif sənədlər.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən diqqətli olun!
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”, Kargoist karqoda "müşteri barkod", PTT Kargo “barkod no”, MNG karqo “Gönderi no”, Sürat Kargo “Kargo takip no” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
Xarici anbarın iş qrafiki aşağıdakı kimidir:
Türkiyə anbarı:
Bazar ertəsi – Cümə: 9:00 – 18:00
Şənbə: 9:00 – 17:00
Bazar: Qeyri-iş günü
Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan ƏVVƏL Glob.az şəxsi hesabında “BƏYAN ET” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number,Teslimat no,Gönderi numarası, Kargo takip numarası, Barkod no, MNG kargoda Fatura No) təqdim edildikdən sonra mümkündür. Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz. Bəyənnamədə bağlamanın izləmə nömrəsi( izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, "Teslimat no", “Gönderi numarası”, Kargo takip numarası, Barkod no) mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir.
İstisnalar:
Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (tracking number) təyin etmədən göndərir. Bu halda yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.
Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.
Bağlamanın düzgün bəyan olunması qaydası ilə və bəyannamə ilə bağlı bütün suallarınıza video təlimatda cavab tapa bilərsiniz.
---
DGR yükü hesab edilən maye məhsulların daşınması həftədə 2-dəfə, elektronik məhsullar 1-dəfə, adi məhsulların daşınması üçün isə uçuşlar həftədə 3 dəfə (çərşənbə axşamı, cümə axşamı və şənbə günü) ümumilikdə həftədə 6-dəfə reys həyata keçirilir. Bağlamalar xarici anbarımıza daxil olduqdan və Sizin tərəfinizdən smart customsa bəyan edildikdən sonra növbəti ilk reys ilə Azərbaycana göndərilir. Gömrük rəsimləşdirilməsinin bitməsindən asılı olaraq 3 iş günü ərzində təhvil üçün hazır olur.
Glob.az - da qeydiyyatdan keçin
Qeydiyyatdan keçməklə Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq.
Sifarişi ünvana göndərin
Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın.
Bağlamanızı təhvil alın
Anbarımıza təhvil verilmiş məhsulu 3-5 iş günü ərzində Azərbaycana çatdırırıq.
Azadlıq filialı ünvan: Bakı şəhəri. Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 1A (Kəmalə Nərmin şadlıq sarayının yanı)
Xırdalan filialı ünvan: Xırdalan ş., Məhəllə 27 2A (Bizim marketlə üzbəüz)
28 may filialı ünvan: Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 243 (Səməd Vurğun parkının yaxınlığı, Unibankın 28 filialının yanı)
İş saatları: Bazar ertəsi - Cümə 10:00 - 20:00, Şənbə 10:00 - 16:00
1. Glob.az şəxsi hesabınızda “Sifariş et” bölməsinə daxil olun;
2. Seçdiyiniz məhsulun linkini saytımızda “Məhsulun URL-i” xanasına yerləşdirin;
3. Digər xanalarda məhsulun məlumatlarını qeyd edin;
4. “Məhsulun qiyməti” xanasında məhsulun dəyərini müvaffiq ölkənin valyutasına əsasən (TL və ya USD) qeyd edin;
5. Ölkədaxili “kargo” ödənişli və ya ödənişsiz olduğunu qeyd edin;
6. Yeni link əlavə etmək üçün (+) düyməsinə klik edərək yeni məhsulun linkini əlavə edə bilərsiniz.
7. İstifadəçi qaydaları ilə razılaşdığınız təqdirdə “sifariş et” düyməsinə klik edib və ödənişi tamamlayın.
8. Sifarişlərinizi ödədikdən sonra “ödənildi” statusunda olan sifarişlər qısa zaman ərzində əməkdaşlarımız tərəfindən təsdiq olunur.
9. Alış tamamlandıqdan sonra elektron poçt ünvanınıza bildiriş göndərilir.
Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik. Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil.
Xidmətimizdən istifadə ilə bağlı tam məlumatı bu linkdən əldə edə bilərsiniz:
----
“Onlayn kuryer” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edin.
Kuryer sifarişini Glob.az saytına daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. Bunun üçün Glob.az saytında hesabınıza daxil olun, ”Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, nişangah, ünvan, telefon, çatdırılma tarixi” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə klikləyin.
Bağlamalarınızı 24 saat ərzində təhvil alacaqsınız. Kuryer haqqı sifariş zamanı hesabınızda əks olunacaqdır. Bağlamaların daşınma haqqını və kuryer ödənişini istəyinizə görə onlayn və ya nağd şəkildə ödəyə bilərsiniz.
Əgər Siz öz hesabınızda Bakı ofismizdə olan bağlama(lar)ınızı yaxınlaşıb, təhvil ala bilmirisinizsə, bu zaman başqa bir şəxsə Sizin adınıza bağlamanı təhvil alması üçün etibarnamə verə bilərsiniz. Bunun üçün Siz saytımızda hesabınıza daxil olub, şəxsi hesabda "Etibarnamələr" bölməsindən bağlamanı təhvil almasını istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsində olan məlumatları daxil edib, ona etibarnamə verə bilərsiniz. Etibarnamə verdiyiniz şəxs Sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər. Etibarnamə verməkdə say limiti yoxdur. Siz istənilən qədər etibarnamə əlavə edə bilərsiniz.
Türkiyədən maye və batareyalı məhsulların reysləri fərqlidir. Əgər bağlamanın tərkibində həm maye, həm də geyim varsa, maye məhsul bağlamadan çıxarılaraq ayrıca sistemə işlənilir.
Yolda zədələnən və ya hər hansı zərər görən bağlamalara görə məsuliyyət daşımırıq. Bağlamaların zərər görməyəcək şəkildə qablaşdırılmasına görə satıcı mağaza cavabdehdir.
Əgər siz sifariş et ilə sifariş vermək istəyirsinizsə, bunun üçün TRY balansınızı artırırsınız. Kargo ödənişini etmək üçün isə AZN balans artırılmalıdır. Artırılan balanslar geri qaytarılmır.
1. Kommersiya məqsədləri üçün şəxsi istifadə limitindən(300$) sui-istifadə etdikdə;
2. Kommersiya məqsədləri uçun nəzərdə tutulduqda;
3. Məhsulun dəyərinin "invoice"-də azaldılma şübhəsi yarandıqda;
4. Məhsulun idxalı üçün lisenziya və ya sertifikat tələb olunduqda;
5. Ölkəyə idxal edilməsi qadağan edilmiş məhsullar olduğunda;
6. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Yolda zədələnən və ya hər hansı zərər görən bağlamalara görə məsuliyyət daşımırıq. Bağlamaların zərər görməyəcək şəkildə qablaşdırılmasına görə satıcı mağaza cavabdehdir. Bağlamalarınızı anbarımıza göndərməzdən öncə satıcı mağaza ilə danışıb yolda qırılmayacaq şəkildə paketlənməsini istəyə bilərsiniz.